“Beşiktaş” İtaliya millisinin üzvünü transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Bolonya”nın futbolçusu Rikkardo Orsolini karyerasını Türkiyə
Super Liqasında davam etdirə bilər.

Trend xarici
mediaya istinadən xəbər verir ki, “Beşiktaş” italiyalı vingeri
transfer etmək istəyir.




İstanbul nəhəngi Orsolinini yayda heyətinə qatmağa çalışacaq. “Qara qartallar” klubu ilə 1 illik müqaviləsi qalan 29 yaşlı
oyunçunu uyğun məbləğə transfer edəcəyinə ümid edir.

Qeyd edək ki, Rikkardo Orsolini 2018-ci ilin yanvarından “Bolonya”da çıxış edir. İtaliya millisinin üzvü cari mövsümdə A
Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 12
qol və I məhsuldar ötürmə ilə yadda qalıb.