Kəlbəcər dağlarında qonur ayı görüntüləndi (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı
görüntülənib.

Trend-in
məlumatına görə, bu barədə Kəlbəcər rayonunda Azərbaycan
Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, qonur ayı Kəlbəcər dağlıq ərazilərində geniş
yayılan və tez-tez rast gəlinən vəhşi heyvan növlərindən
biridir.




Qeyd olunur ki, bu növ əsasən sıx meşə massivlərində və yüksək
dağlıq zonalarda yaşayır, eyni zamanda Tutqunçay və Tərtərçay
hövzələrində də müşahidə edilir.