“Braqa” və “Nottinqem Forest”dən qələbə – Avropa Liqası

Baş səhifə

Bakı. Trend:

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları
keçirilib.

Trend-in
məlumatına görə, “Braqa” Portuqaliyada Almaniya təmsilçisi “Frayburq”u qəbul edib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi
ilə bitib.




İngiltərə komandalarının duelində isə “Nottinqem Forest” evdə “Aston Villa” ilə qarşılaşıb. Meydan sahibləri minimal hesabla
qalib gəliblər – 1:0.

Mərhələnin cavab matçları mayın 7-də təşkil olunacaq.