
Bakı. Trend:
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik
edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı
13-dən 15-ə artırılılıb.
Maliyyə Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq
edilib:
Kollegiyanın sədri
- Azərbaycan Respublikasının maliyyə naziri
Kollegiyanın üzvləri:
- Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
- Azərbaycan Respublikası maliyyə nazirinin müavinləri
- Naxçıvan Muxtar Respublikasının maliyyə naziri
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının
rəhbəri - Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbərinin
müavinləri - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə
Nəzarəti Xidmətinin rəisi - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət
Xəzinədarlıq Agentliyinin direktoru - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət
Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin
direktoru - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət
Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru
Qeyd edək ki, Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin
müdiri, Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri və Bakı Şəhəri
üzrə Baş Maliyyə İdarəsinin rəisi kollegiya üzvlüyündən
çıxarılıb.

