Bakı. Trend:
Aprelin 17-də atəşkəs elan olunmasına baxmayaraq, İsrailin
Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində son 24 saat
ərzində ən azı 13 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə Livan Səhiyyə Nazirliyi “X”
sosial şəbəkəsində yazıb.
Nazirlik bildirib ki, daha 30 nəfər xəsarət alıb.
“2 martda hərbi eskalasiyanın başlamasından bəri ölən mülki
şəxslərin ümumi sayı 2509-a, yaralıların sayı isə 7755-ə çatıb”, –
deyə qeyd edilib.

