İspaniyada attraksionun nasazlığı nəticəsində dörd nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

İspaniyanın Sevilya şəhərindəki yarmarkada katapult atışının
nasazlığı nəticəsində dörd nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə “Daily Mail” qəzeti xəbər
verib.




Məlumata əsasən, attraksion işləyərkən kabinəyə qoşulmuş
kabellərdən biri qırılıb və nəticədə o, aşağı düşüb.

Bildirilib ki, hadisə nəticəsində ikisi uşaq olmaqla dörd nəfər
yüngül xəsarət alıb.