Kolumbiya və Ekvador prezidentləri məhkəmədə çəkişəcək

Baş səhifə

Bakı. Trend:

Kolumbiya Prezidenti Qustavo Petro ekvadorlu həmkarı Daniel
Noboanı məhkəməyə verməyə planlaşdırır.

Trend xəbər verir
ki, Petro bunu “X” səhifəsində elan edib.

“Böhtan atdığına görə, Prezident Noboaya qarşı məhkəmədə cinayət
məsuliyyəti tələb etmək qərarına gəlmişəm”,deyə o, yazıb.




Buna səbəb Noboanın Petronun 2025-ci ilin mayında Manta şəhərinə
səfərini narkobaron “Fito”nun ətrafı ilə mümkün təmasları ilə
əlaqələndirməsi olub.

Kolumbiya lideri həmçinin bildirib ki, ekvadorlu həmkarı ona
qarşı etinasız münasibət göstərib. Buna səbəb isə Petronun
Kolumbiya vətəndaşı olan Ekvadorun sabiq vitse-prezidenti Xorxe
Qlasın azadlığa buraxılmasını tələb etməsi olub. Bununla yanaşı,
Petronun səfəri zamanı onun təhlükəsizliyi məhz Noboanın əmri ilə
Ekvador ordusu tərəfindən təmin edilib.