
Bakı. Trend:
ABŞ-nin Şrivport şəhərində baş verən atışma nəticəsində ən azı
səkkiz azyaşlı ölüb, daha iki uşaq yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə “NBC News” televiziya kanalı şəhər
polisinə istinadən bildirib.
Hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, qurbanların
yaşları bir yaşdan 14 yaşa qədər olub.
Onları öldürən şəxs həbs olunarkən öldürülüb. Polis araşdırma
aparır.

