ABŞ İrana qarşı hərbi əməliyyatları yenidən başlada bilər

Baş səhifə

Bakı. Trend:

Danışıqlar prosesində heç bir irəliləyiş olmazsa, ABŞ
administrasiyası yaxın günlərdə İrana qarşı hərbi əməliyyatlara
yenidən başlaya bilər.

Trend-in məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə
istinadən xəbər verib.




Məlumata əsasən, bu gün ABŞ prezidenti Donald Tramp Ağ Evdə
Hörmüz boğazındakı son gərginliyi və İranla danışıqları müzakirə
etmək üçün müşavirə keçirib. ABŞ-nin yüksək vəzifəli rəsmisi
portala bildirib ki, Vaşinqton və Tehran arasında danışıqlarda
irəliləyiş olmasa, “yaxın günlərdə müharibə yenidən başlaya
bilər”.