Çexiyanın Azərbaycandan idxal etdiyi neftin həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Yanvar–mart aylarında Azərbaycandan Çexiyaya 184,3 milyon ABŞ
dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 355,5 min ton
xam neft və neft məhsulları ixrac edilib.

Trend-in Dövlət
Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2025-ci ilin eyni
dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 120,4 milyon ABŞ
dolları və ya 39,5%, həcm ifadəsində isə 203,2 min ton və ya 36,4%
azalıb.

Ötən ilin yanvar–mart aylarında Azərbaycandan Çexiyaya 304,7
milyon ABŞ dolları dəyərində 558,7 min ton neft və neft məhsulları
ixrac olunmuşdu.




Hesabat dövründə Çexiya Azərbaycan neftini idxal edən ölkələr
arasında ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər
ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac
edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,
fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.