ABŞ Venesuelada seçkilərin mümkün tarixini açıqlamağa hazır deyil

Baş səhifə

Bakı. Trend:

ABŞ hələlik Venesuelada seçkilərin mümkün tarixlərini açıqlamağa
hazır deyil.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Qərb
Yarımkürəsi İşləri Bürosunun yüksək vəzifəli rəsmisi Maykl Kozak
aprelin 16-da ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin
dinləmələrində bildirib.




“Bizim təyin etdiyimiz bir tarix yoxdur, seçkilərə və
demokratiyaya keçidə imkan verəcək şərtlərimiz var. Və biz bu
şərtlərin icrasına nəzarət edirik”, – deyə o qeyd edib.