İsrail generalı Livanın Bint-Cbeyl şəhərinin mühasirəyə alındığını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu Livanın cənubundakı Bint-Cbeyl şəhərinin
mühasirəsini başa çatdırıb.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin
Şimal Komandanlığının komandiri general-mayor Rafi Milo
bildirib.




“Son günlərdə bu ərazini mühasirəyə aldıq və Bint-Cbeyl
daxilində əməliyyatlara başladıq. Bu, əhəmiyyətli bir əməliyyat
manevridir”, – deyə o bildirib.

Onun sözlərinə görə, qeneral Bint-Cbeyldə hərbçilərlə əməliyyat
görüşü keçirib. “Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin
qoşunları [Livanın cənubunda] bütün müdafiə cəbhəsi boyunca
fəaliyyət göstərərək “Hizbullah”ın terrorçu infrastrukturunu məhv
edir”, – deyə o əlavə edib.