Bakı. Trend:
Livan və İsrail nümayəndələri arasında münaqişənin həlli ilə
bağlı görüş iki saatdan çox davam edib.
Trend-in
məlumatına görə, bu barədə “Axios” portalı xəbər verib.
“Dövlət katibi Marko Rubionun sədrliyi ilə İsrail və Livan
səfirləri arasında keçirilən görüş başa çatıb. Görüş iki saatdan
çox davam edib”, – deyə “Axios”un jurnalisti Barak Ravid “X” sosial
şəbəkəsində yazıb.
Görüşlə bağlı başqa heç bir təfərrüat verilməyib.
Qeyd edək ki, Livan və İsrail arasında danışıqlar Vaşinqtonda
baş tutub.

