Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə
(İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 931,7 milyon
manat təşkil edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,2%
çoxdur.

Bundan başqa, dövr ərzində ölkədə nəqliyyat və anbar təsərrüfatı
xidmətlərinin dəyəri isə 3, 435 milyard manat təşkil edib. Bu
göstərici əvvəlki ilin eyni dövrünə nisbətən 1,7% artım
deməkdir.