Xəzər dənizində çirklənmə səviyyəsi araşdırılır

Baş səhifə

Bakı.Trend:

Xəzər dənizində çirkləndirici maddələrin miqdarı müəyyən
ediləcək.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti
Xidmətindən məlumat verilib.

Bildirilib ki, ADSEA və DİN əməkdaşları tərəfindən dənizin
sahildən təxminən 3 kilometr uzaqlığında monitorinq aparılıb.
Yoxlama zamanı suyun ilkin keyfiyyəti yerində qiymətləndirilib.




Həmçinin, dənizdən götürülən su nümunələri laboratoriyaya
göndərilib. Burada suyun tərkibindəki çirkləndirici maddələrin
miqdarı araşdırılacaq.

Araşdırmanın nəticələrinə əsasən dənizin ekoloji vəziyyəti
qiymətləndiriləcək. Əgər pozuntular aşkar edilərsə, məsul şəxslər
barəsində qanuni tədbirlər görüləcək.