
Bakı. Trend:
“Azerconnect Group”un baş direktoru Emil Məsimov Mentorluq
Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi
Məmməd Həsənovla görüşüb.
Emil Məsimov qalibi müsabiqədə əldə etdiyi önəmli nailiyyət
münasibətilə təbrik edib, “Yüksəliş” müsabiqəsinin ölkəmizdə kadr
potensialının gücləndirilməsi, istedadların üzə çıxarılmasında
rolunu vurğulayıb. Görüş zamanı baş direktor mentinin peşəkar
inkişafının dəstəklənməsi məqsədilə biznes və idarəetmə sahələrində
təcrübəsini bölüşüb. Eyni zamanda, qaliblə karyera planlaması,
gələcək inkişaf prioritetləri, eləcə də idarəetmə və liderlik
bacarıqlarının daha da təkmilləşdirilməsi mövzularında müzakirələr
aparılıb.
“Yüksəliş” müsabiqəsi haqqında
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı
Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən
birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat
məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək
texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil,
internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech,
Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group”
müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar
və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding”
beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

