ABŞ ilə danışıqlar Hörmüz boğazı və ölkənin nüvə proqramı ilə bağlı olub – İran XİN

Baş səhifə

Bakı. Trend:

İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən
danışıqlarda Hörmüz boğazı, nüvə proqramı, təzminatlar, sanksiyalar
və münaqişələrin həlli məsələləri müzakirə olunub.

Trend-in
məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin
nümayəndəsi İsmayıl Bəqai açıqlama yayıb.




O, sosial mediada yazıb: “Son 24 saat ərzində əsas danışıqlar
mövzularının müxtəlif aspektləri, o cümlədən Hörmüz boğazı, nüvə
məsələsi, hərbi təzminat, sanksiyaların ləğvi, İrana və regiona
qarşı müharibənin tamamilə dayandırılması müzakirə olunub”.

Qeyd edək ki, danışıqların bu gün davam etdiriləcəyi
gözlənilir.