“Atalanta”nı məğlub edən “Yuventus” A Seriyasının ilk dördlüyünə yüksəlib

Baş səhifə
Atalantanı məğlub edən Yuventus A Seriyasının ilk dördlüyünə yüksəlib

“Yuventus” İtaliya A Seriyasının 32-ci turunun səfər matçında “Atalanta”nı minimal hesabla məğlub edib.

“Report” xəbər verir ki, Berqamodakı “Ceviss – Atleti Adzurri d`İtaliya” stadionunda keçirilən görüş turinlilərin 1:0 hesabılı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 48-ci dəqiqədə Jeremi Boqa vurub.

Hazırda “Atalanta” İtaliya çempionatının turnir cədvəlində yeddinci yeri tutur. Klubun aktivində 32 görüşdə toplanmış 53 xal var. “Yuventus” 60 xalla dördüncü pillədə qərarlaşıb.