Bakı. Trend:
İran tərəfi Pakistandakı danışıqlarda ABŞ-ın münaqişənin həlli
üçün təklif etdiyi şərtlərlə razılaşmayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ vitse prezidenti Cey Di
Vens deyib.
“Razılıq eldə etməyərək, ABŞ-a qayıdırıq”, – deyə o
bildirib.
Onun sözlərinə görə, ABŞ “danışıqlar zamanı qırmızı xətlərimizin
nə olduğunu, hansı məsələlərdə razılığa gələ biləcəyimizi və
hansılarında razılığa gələ bilməyəcəyimizi aydın şəkildə izah
edib”.
“Şərtlərimizlə razılaşmamaq qərarına gəldilər”. – deyə o əlavə
edib.

