Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Əfqanıstanın Herat vilayətinin İnjil rayonunda naməlum
silahlılar parkda olan şəxsləri hədəfə alıblar.

Trend xəbər verir ki, bu
barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Matin Kani
açıqlama verib.




Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər əvvəlcə
kişiləri onların ailə üzvlərinin gözü qarşısında güllələyiblər.
Qaçmağa cəhd edən qadınlar da atəşə tutulub, ölənlər arasında
uşaqların da olduğu qeyd edilir.

Hadisə nəticəsində 7 nəfər həyatını itirib, 13 nəfər yaralanıb
və yaralılardan bəzilərinin vəziyyəti ağırdır.