Çində 4,7 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Karamay şəhərindən 174 km
cənubda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.




Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstan sərhədindən
təxminən 200 km, Rusiya sərhədindən isə 612 km məsafədə olub.

Episentrdə yeraltı təkanların gücü MSK-64 şkalası üzrə 5,9 bal
olub.