Bu ilin birinci rübündə motosiklet və moped sürücülərinin təqsirindən üç nəfər həyatını itirib

Baş səhifə
Bu ilin birinci rübündə motosiklet və moped sürücülərinin təqsirindən üç nəfər həyatını itirib

Cari ilin ilk üç ayı ərzində Azərbaycanda motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən beş yol-nəqliyyat hadisələrində üç nəfər həyatını itirib.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, birinci rübdə sözügedən səbəbdən iki nəfər xəsarət alıb.

Həmçinin təkcə ötən gün xəsarətlə nəticələnən beş yol-nəqliyyat hadisəsindən üçü motosiklet sürücülərinin iştirakı ilə baş verib. Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib.