ABŞ və İsrail İranın İsfahan əyalətinin Kaşan şəhərindəki Yəhya Abad dəmir yolu körpüsünə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Bildirilib ki, bu hücum nəticəsində iki nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
Bundan əlavə, İsrail və ABŞ qüvvələrinin İranın Hark adasına hücumları barədə məlumat verilib. KİV-in məlumatına görə, adada bir neçə partlayış olub.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

