Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam Prezident seçilib

Baş səhifə
Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam Prezident seçilib

Vyetnam Milli Assambleyası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı 2026-cı ildən 2031-ci ilə qədər sosialist respublikasının Prezidenti seçib.

“Report”un məlumatına görə, səsvermə Hanoy şəhərində keçirilən 16-cı Milli Assambleyanın birinci sessiyasında baş tutub.

To Lam deputatlardan 100 % dəstək alıb. Nəticələr elan edildikdən sonra o, Vətənə, partiyaya və xalqa sədaqət andı içib. Andiçmə mərasimi milli televiziya ilə canlı yayımlanıb.