Abşeron Rayon İcra Hakimiyyətinin başçısı su basmış ərazilərdə sakinlərlə görüşdü (FOTO)

Baş səhifə

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,
ADSEA-nın Regional Su Meliorasiya PHŞ-nin İdarə Heyətinin sədri
Zakir Quliyev, aidiyyatı qurum rəhbərləri rayon ərazisində su
basmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan
qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış
olub.

RİH başçısı fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26
saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə
maraqlanıb. Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və
hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində işə
salınıb.




RİH başçısı o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində
bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib,
sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Subasmanın
fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması
istiqmətində əlavə nasosların cəlb olunması və digər lazimi
tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər
verib. Görüşlərdə subasmaların qarşısını alınması məqsədi ilə
qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə
tapşırıqların verildiyi, müvafiq işlərin yaxın zamanlarda
görüləcəyi bildirilib.

Qeyd edək ki, hazırda rayonun subasmış ərazilərində yağışın
fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron RİH, yerli
bələdiyyələr, FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli
qurumları birgə fəaliyyət göstərməkdədir.