Rusiyada İsmayılovun 15 milyon dollarlıq əmlakı müsadirə olunub

Baş səhifə

Bakı. Trend:

Rusiyada Moskva şəhər məhkəməsi Dağıstan daxili işlər nazirinin
keçmiş müavini Rüfət İsmayılovun 533 milyon rubl (14,7 milyon
dollar- red) dəyərində əmlakını müsadirə edərək dövlət mülkiyyətinə
keçirib.

Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fevralın sonunda Rusiya Baş Prokurorluğu Dağıstan
daxili işlər nazirinin keçmiş müavini Rüfat İsmayılova qarşı 533
milyon rubl dəyərində əmlakın müsadirəsi ilə bağlı məhkəməyə iddia
qaldırmışdı.

Rüfət İsmayılov 2023-cü ilin noyabrında və Dağıstan DİN istintaq
idarəsinin rəis müavini Dalqat Abdulqapurov külli miqdarda rüşvət
alma və səlahiyyətlərini aşma ittihamı ilə Moskvada həbs ediliblər.
2023-cü ilin dekabrında bu iş üzrə nəzarət-metodiki şöbənin
müstəntiqi Abdul Abakarov da rüşvət almaqda ittiham olunaraq həbs
edilib. 2025-ci ilin payızında iş məhkəməyə göndərilib. İsmayılov
özünü qəti şəkildə təqsirsiz hesab etdiyini bildirib.




İstintaqın versiyasına görə, İsmayılov və Abdulqapurov qanunsuz
ev tikintisi ilə bağlı cinayət işinin başlanmaması üçün 300 min
rubl (3,330 ABŞ dolları) “ana kapitalı” üzrə büdcə vəsaitlərinin
bölüşdürülməsi ilə bağlı qərara görə isə 1 milyon rubl (təx. 11,100
dollar) alıblar.

Səlahiyyətlərdən suistifadə epizodu iş adamı Frolovla bağlıdır:
istintaqın iddiasına görə, təqsirləndirilən şəxslər ona
kriptovalyuta mayninqi üçün avadanlıq alınmasına 100 milyon rubl
veriblər. İş adamı “üzərinə götürdüyü öhdəliklərdən yayınmağa
başlayandan sonra” İsmayılov və Abdulqapurov Frolovu pulu
qaytarmağa məcbur etmək üçün “saxta zərərçəkmişlərin ərizələri
əsasında” onun barəsində cinayət təqibi başladılmasına təşəbbüs
göstəriblər.

İsmayılov ədliyyə polkovnikidir. O, 2016-cı ildə Dağıstan üzrə
DİN-in istintaq idarəsinin rəis müavini vəzifəsini tutub, 2018-ci
ildə idarənin rəhbəri vəzifəsini müvəqqəti icra edib. 2019-cu ilin
dekabrında isə respublikanın daxili işlər nazirinin müavini təyin
olunub.