Bakı. Trend:
İtaliyanın Parma bölgəsində yerləşən Maqnani-Rokka Fondunda
(özəl muzeydə) böyük oğurluq hadisəsi qeydə alınıb.
Trend xəbər verir ki, hadisə
bir neçə gün sonra aşkar olunub.
Oğurlanan əsərlər sırasında Pyer-Oqüst Renuarın “Balıqlar”, Anri
Matisın “Terrasda odaliska” və Pol Sezanın “Albalı ilə natürmort”
əsərləri yer alır.
Məlumata əsasən, naməlum şəxslər muzeyə daxil olaraq əsərləri
qısa müddətdə oğurlayıb və heç bir iz qoymadan ərazini tərk
ediblər. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

