
Bakı. Trend:
Rusiyanın Tuva Respublikasında 4,2 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend xəbər verir ki, bu
barədə region üzrə FHN-in mətbuat xidməti məlumat yayıb.
Yeraltı təkanlar martın 30-da gecə saatlarında Kızıl rayonunda,
Çerbi kəndindən 46 km şimalda qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

