Bakı. Trend:
İngiltərənin Derbi şəhərində avtomobilin piyadaların üzərinə
çırpılması nəticəsində yeddi nəfər xəsarət alıb.
Trend xəbər verir
ki, bu barədə Derbişir polisinin açıqlamasında bildirilib.
Məlumatda qeyd olunur: “Şəhər mərkəzindəki küçədə avtomobilin
piyadaları vurması nəticəsində yeddi nəfərin yaralandığını
təsdiqləyə bilərik.”
Hadisə 28 mart axşamı baş verib. Polis bütün yaralıların
xəstəxanaya yerləşdirildiyini və ağır xəsarət almalarına
baxmayaraq, həyatlarının təhlükədə olmadığını bildirib.
Hadisə ilə bağlı 30 yaşlarında bir kişi həbs edilib. Onun
Hindistan əsilli olduğu müəyyən edilib. Polis açıqlayıb ki,
hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir və şübhəlinin
motivi ilə bağlı müxtəlif nəzəriyyələr nəzərdən keçirilir.

