İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı əməliyyatların görüntüsünü yayıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etdiyi bir vaxtda İsrail
ordusu Livanın cənubunda bir neçə Hizbullah döyüşçüsünü
zərərsizləşdirib.

Trend İsrail KİV-ə
istinadən xəbər verir ki, əməliyyatın görüntüləri İsrail Müdafiə
Qüvvələrinin rəsmi “X” səhifəsində dərc olunub.

Məlumata görə, ötən gün 7-ci zirehli briqadanın qoşunları
Hizbulllaha aid olduğu deyilən silah-sursat anbarını məhv edib.
Ərazidə gizlənmiş döyüşçülər bir müddət sonra qaçmağa çalışarkən
hava zərbələri nəticəsində öldürülüblər.




Qolani briqadasının qüvvələri isə əməliyyat zonasına yaxınlaşan
RPQ qumbaraatanı və avtomatla silahlanmış döyüşçünü
zərərsizləşdiriblər.