Rusiya Ukraynaya məxsus 389 PUA-nı məhv edib

Baş səhifə

Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində Ukraynaya məxsus 389 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar Pskov, Novqorod, Leninqrad vilayətləri, Moskva regionu və Krım üzərində zərərsizləşdirilib.