Şəmkir rayonunun Könüllü kəndində dava nəticəsində iki nəfər xəsarət alıb.
“Report”un Qərb bürosu xəbər verir ki, 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova və oğlu – 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev döyülüb.
İlkin məlumata görə, hadisəni onların həmkəndlisi törədib. Belə ki, tərəflər arasında borc üstündə düşən dava ana-oğulun döyülməsi ilə nəticələnib.
Daha sonra G. Həmzəyevə məxsus “VAZ 2106” markalı maşına da zərər verilib.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbir görülür.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

