Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar
Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə
dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al
Taniyə başsağlığı verib.

Azərbaycanın Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığıda
deyilir: “Qətər-Türkiyə Birləşik Müştərək Qüvvələr Komandanlığı
çərçivəsində təlim uçuşu həyata keçirən Qətər Silahlı Qüvvələrinə
məxsus helikopterin texniki nasazlıq səbəbindən dənizə düşməsi,
qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbi
qulluqçusunun, ASELSAN şirkətinin iki texniki əməkdaşının və Qətər
Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun həlak olması xəbəri
məni dərindən kədərləndirdi.

Həlak olanlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə
şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.