Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Martın 18-də Alena Əliyeva və Heydər Əliyev Fondunun icraçı
direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil
olunmuş Novruz yarmarkasını ziyarət ediblər.

Trend xəbər verir
ki, qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib,
təamların dadına baxıblar.

Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata”nın köşkünün
fəaliyyəti də diqqətdə saxlanılıb, kafenin əməkdaşlarına təbriklər
ünvanlanıb, fəaliyyətlərində uğurlar arzulanıb.

Qonaqlar yarmarka ərazisində təşkil olunan əyləncə məkanına da
baş çəkib, hədiyyəli yarışda özlərini sınayıblar.

Alena Əliyeva ziyarətçilər və iştirakçılarla şəkillər çəkdirib,
ona hədiyyələr təqdim olunub.