Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

Baş səhifə
Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycan güləşçisi Gültəkin Şirinova (55 kq) Serbiyanın Zrenyanin şəhərində şəhərində davam edən güləş üzrə U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, güləşçi moldovalı rəqibi Mihaela Samoil ilə üz-üzə gəlib.

Rəqibini 7:3 hesabı ilə məğlub edən G.Şirinova finala vəsiqəni təmin edib.