Bakı. Trend:
Oslodakı Amerika səfirliyi partlayış nəticəsində cüzi
zədələnib.
Trend xəbər verir
ki, bu barədə “Agence France-Presse” Norveç polisinə istinadən
məlumat yayıb.
Məlumata görə, partlayış yerli vaxtla təxminən saat 01:00-da baş
verib. Partlayış diplomatik nümayəndəliyin binalarından birinə cüzi
ziyan vurub. İnsident nəticəsində xəsarət alan olmayıb.
Partlayış yerini və ətraf ərazi polislər, pilotsuz uçuş
aparatları və helikopterlərlə nəzarətə götürüb. Polis bir və ya bir
neçə potensial cinayətkarı axtarır.
Mikael Dellemyur, Oslo polisi rəisi, “TV2” kanalına bildirib ki,
partlayıcı qurğunu bir şəxs işə salıb və istintaq aparılır.

