
Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən
aparılan araşdırmalar nəticəsində İranda nüvə silahının mövcudluğu
təsdiqlənməyib.
Trend xəbər verir ki, bu
barədə qurumun baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə əsasən, həyata keçirilən yoxlamalar zamanı ölkədə
nüvə silahına dair hər hansı sübut müəyyən olunmayıb.
Bununla belə, Qrossi vurğulayıb ki, İranın kifayət qədər şəffaf
davranmaması onun nüvə proqramının tamamilə dinc məqsədlər
daşıdığını qəti şəkildə deməyə əsas vermir.

