Bakının Fəzail Bayramov küçəsinin bir hissəsi təmir olunub

Baş səhifə
Bakının Fəzail Bayramov küçəsinin bir hissəsi təmir olunub

Bakının Xətai rayonu ərazisində yerləşən Fəzail Bayramov küçəsinin bir hissəsində təmir işləri həyata keçirilib.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ərazidə gündüz saatlarında müşahidə olunan nəqliyyat sıxlığı nəzərə alınaraq, hərəkətin məhdudlaşdırılmaması üçün işlər gecə saatlarında icra olunub.

Təmir işləri küçənin Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan 270 metrlik hissəsini əhatə edib. Ümumilikdə təqribən 5 500 kvadratmetr sahədə köhnə asfalt örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi təmin olunub.

Aparılan işlər nəticəsində sözügedən hissədə nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.