Bakı. Trend:
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın
Həsəkə vilayətindəki “Qəsrək” bazasını boşaltmağa başlayıb.
Trend xəbər verir ki, bu
barədə Suriya telekanalı məlumat verib.
Yerli medianın məlumatına görə, bu gün ABŞ ordusuna aid 20-dən
çox boş yük maşını və hərbi texnikadan ibarət karvan İraq
sərhədindən keçərək bazaya doğru hərəkət edib. Nəqliyyat vasitələri
təxliyə əməliyyatında istifadə olunacaq.
Bu ay Suriya Müdafiə Nazirliyi “əl-Şəddadi” və “əl-Tanf” hərbi
bazalarını ABŞ komandanlığından təhvil alıb.

