Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb

Baş səhifə
Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.

“Report” xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə edib.

Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.

Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.

Qeyd edək ki, cavab görüşləri sabah baş tutacaq.