Beyləqandakı yanğın bir neçə kənddə internetin kəsilməsinə səbəb oldu

Baş səhifə

Beyləqan. Trend:

Beyləqan rayonunda qeydə alınan yanğın bir neçə yaşayış
məntəqəsində internet bağlantısının dayanmasına səbəb olub.

Sakinlərin Trend-in yerli müxbirinə bildirdiyinə əsasən, drenaj
kanalları boyunca yerləşən kolluq sahədə alovlanma baş verib və
nəticədə həmin ərazidən keçən rabitə xətləri zədələnib.




Bu səbəbdən bir neçə kənddə internetin verilişində fasilə
yaranıb.