
Bakı.Trend:
Yasamal rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Belə
ki, naməlum şəxs mənzillərdən birinə daxil olaraq oradan 30 min
manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən
uzaqlaşıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsi
əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli
bilinən, əvvəllər elə həmin binadan başqa bir mənzildən oğurluq
etdiyinə görə məhkum olunmuş 27 yaşlı Emin Məmmədov müəyyən
edilərək saxlanılıb. Onun taladığı qızıl-zinət əşyalarını zərgərlik
mağazalarından birinə satdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində
həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

