Azərbaycanlı atlet Türkiyədə beynəlxalq yarışın qalibi olub

Baş səhifə
Azərbaycanlı atlet Türkiyədə beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atlet Abdulla Əliyev Türkiyənin İstanbul şəhərində Ruhi Sarıalp Beynəlxalq Tullanmalar Kubokunda uğurla çıxış edib.

“Report” xəbər verir ki, U-20 kateqoriyasında uzunluğa tullanma növündə mübarizə aparan təmsilçimiz bütün rəqiblərini geridə qoyaraq beynəlxalq yarışın qalibi olub.

O, 6.75 metr göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.