Bu gün Günəş tutulması olacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün Günəş tutulması hadisəsi yaşanacaq.

Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar
İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.




“İlk yarımkölgənin Yerə düşməsi Moskva vaxtı ilə saat 12:58-də
(Bakı vaxtı ilə 13:58-də) olacaq. Halqavari faza 14:44-dən
15:37-dək davam edəcək. Pik mərhələ isə 15:13-ə təsadüf edir”, –
deyə məlumatda bildirilir.

Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçməsi nəticəsində
Günəş işığının tam və ya qismən örtülməsi hadisəsidir. Bu zaman
Günəşin hamısı (tam tutulma) və ya bir hissəsi (qismən tutulma)
görünməz ola bilər. Günəş tutulması yalnız yeni ay fazasında baş
verir və Yer kürəsinin müəyyən bölgələrindən müşahidə olunur.