Yanvarda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların ümumi dəyəri açıqlandı

Baş səhifə

Baku. Trend:

Cari ilin yanvar ayında Azərbaycandan Ermənistana 2,404 milyon
ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti
İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata
birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş
Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan
qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan
taxılının Ermənistana tədarükü olduğunu bildirib.




Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48
vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel
yanacağı yola salınıb.

Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil
benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.