“Azərpoçt”a yeni rəhbər təyinat oldu (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə yeni
təyinat olub.

Trend-in etdiyi
məlumata görə, AZCON Holding-də Baş Maliyyə Direktorunun müavini
Manaf Babayev “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri
vəzifəsinə təyin edilib.




“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra
edən İsi Mustafayev isə öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, İ.Mustafayev 2021–2022-ci illərdə “Azərpoçt”un baş
direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin
üzvü olub.