Xaricdə təhsil üzrə qəbul prosesinin avqustda başa çatmağı gözlənilir

Baş səhifə
Xaricdə təhsil üzrə Dövlət Proqramı əsasında qəbul prosesi avqustda başa çatacaq

Xaricdə təhsil üzrə Dövlət Proqramı əsasında qəbul prosesinin avqustda başa çatacağı gözlənilir.

“Report” xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə aprelin 15-dən sənəd qəbuluna start veriləcək:

“Bildiyiniz kimi, hər il 500 nəfər üçün bu imkan yararlanır. Bu baxımdan sənədlər uğurla yerləşdirdikdən sonra müsahibə mərhələsi başlayacaq. Prosesin avqustda bitməsi nəzərdə tutulur”.

MƏLUMAT YENİLƏNİR