Sosial media uşaqların psixi sağlamlığına mənfi təsir göstərir – Starmer

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer uşaqlar və
yeniyetmələrin sosial mediadan istifadəsini məhdudlaşdırmaq üçün
Britaniya parlamentinin təsdiqi ilə əlavə səlahiyyətlər əldə etməyi
planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə baş nazirin ofisinin açıqlamasında bildirilib.




Açıqlamada qeyd olunur: “Biz parlamentdən yeni səlahiyyətlər
tələb edəcəyik. Bu səlahiyyətlərə sosial mediadan istifadə üçün
minimum yaş həddinin müəyyənləşdirilməsi və uşaqların VPN
vasitəsilə giriş imkanlarının məhdudlaşdırılması daxil ola
bilər.”

Starmer vurğulayıb ki, sosial media uşaqların diqqət müddətinə,
özünəinamına və psixi sağlamlığına mənfi təsir göstərir.