Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

Baş səhifə

Belqrad. Trend:

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi
olub.

Trend-in xüsusi
müxbirinin məlumatına görə, Prezident İlham Əliyevin şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport
verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə,
Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident
Aleksandar Vuçiçə təqdim edildi.