Bakı. Trend:
İsveçrənin Şabl kəndində keçirilən karnaval zamanı rəngarəng
konfetti səpələyən topun kompressoru partlayıb.
Trend RTS
teleradio şirkətinə istinadən xəbər verir ki, hadisə nəticəsində 11
nəfər xəsarət alıb.
Məlumata görə, yaralananlardan biri ciddi xəsarətlər alıb və
helikopterlə xəstəxanaya çatdırılıb. Digər təfərrüatlarla bağlı
məlumat verilməyib.

